Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları Kiyevdən Lvova köçürülüblər - XİN

12:04 08.03.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ölkəmizin Ukraynadakı səfirliyinin diplomatlarının Kiyevdən Lvova köçürülməsi barədə məlumat yayıb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən hafta.az-a bildirilib ki, Ukraynadakı vəziyyətlə əlaqədar paytaxt Kiyevdə artan təhlükəsizlik şəraitində bu şəhərdə fəaliyyət göstərən Azərbaycan diplomatları Lvov şəhərinə köçüblər.

Müvəqqəti olaraq Lvovda fəaliyyət göstərəcək diplomatlarımız Ukraynadakı azərbaycanlıların müraciətləri, o cümlədən təxliyəsi məsələsi ilə bağlı fəaliyyəti davam etdirəcək.

Səfirliklə aşağıdakı qaynar xətlərlə əlaqə saxlamaq olar:

+380 73 5050000;

+380 99 408 99 43.

Siyasət rubrikasından digər xəbərlər